Xəbər lenti

Avstraliyalı vizaj ustası Jasmina Deniel dodaqlarının qeyri-adi makiyajı ilə İnternet istifadəçilərini heyran edib.

       

 25 yaşlı qız beynində şiş aşkar edildikdən sonra dodaqlarında rəsmlər çəkməyə başlayıb.Jasmina həmin günləri belə xatırlayır: “Xəstəxanada yatırdım.Ürəyim sıxılmasın deyə rəsm çəkməyə başladım. Tezliklə kətanı öz simamla əvəz etdim”.

Jasmina istirahət günlərində tamaşa etdiyi filmlərdən ilham alaraq öz dodaqlarında əsl sənət əsərləri yaradırdı. Həmin rəsmlər İnstaqramla Yutubu fəth etdi. Onun işlərindən ən gözəl seçmələri təqdim edirik.

 

Bu rəsmin “Dorinin axtarışı” multiplikasiya filminə həsr olunduğunu anlamaq çətin deyil.

Bu sənət əsərini isə “Oz ölkəsindən olan sehrbaz” nağılından ilhamlanaraq yaradıb.Öz dodaqlarında Jasmina sarı kərpic yol təsvir edib. Səma ilə düzənlik yaratmaq üçün  göy və yaşıl rəng çalarlarından istifadə edib.Bundan sonra rəssam kiçik lalələr, Oz şəhərinin parıltılı  mənzərəsini və 4 əsas qəhrəmanın siyah siluetini çəkib.

“Ariel” və “ Su Pərisi haqda nağıl da Jasminanin yaradıcılığında öz əksini tapıb.

Bu isə “Gözəl qız və Bədheybət” nağılının personajlarıdır.

 

“Harri Potter”

 “Titanik”

Gənc rəssamın kolleksiyasında maraqlı abstrakt əsərlərə də rast gəlmək olar.Rəng uyğunluğu və keçidlər, parıltı və daş-qaş...Bu gözəlliyə biganə qalmaq mümkün deyil

 

 

 

Bütün sənət adamları kimi Jasminaya da peşəkarlıq təcrübəylə gəlib. Jasmina özü bu haqda belə deyir: « Düşünürəm ki, bütün rəssamlar elə mənim kimi işləyir: yaratdıqları əsərdən tam razı qalanadək müxtəlif variantları sınayıb öz ustalıqlarını cilalayırlar”.

Ondan ən çox sevdiyi dizaynın adını çəkməyi xahiş etdikdə, Jasmina deyir ki, bütün işləri onun üçün əzizdir, çünki hər bir rəsm onun həyatının hansısa vacib bir aspektini simvolizə edir.

                                                         Tərcümə etdi: R. Rzayeva.





Ana səhifəyə qayıt        Baxış: 1 441          Tarix: 19-11-2017, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma