Xəbər lenti

 

Bakıda qadının öldürülməsi və meyitinin doğranaraq zibil qutusuna atılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospekti 28 ünvanının qarşısındakı zibil qutusunda bədən hissələri tapılan 58 yaşlı Lyubov Rəhimova ilə hadisəni törədən İrina Qorlova rəfiqə olub.

Bildirilir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş verdiyi ev 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb. Lyubovun onu söyməsindən əsəbiləşən İrina qab ilə onun başına zərbə endirib. Rəfiqəsinin öldüyünü görən qadın onun meyitini balta ilə doğrayaraq torbaya yığıb və taksi çağırıb. O, taksi ilə öldürdüyü rəfiqəsinin meyitinin hissələrini Binəqədi rayonu Azadlıq prospektinə gətirərək buradakı zibil qutusuna atıb.

Polis tərəfindən saxlanılan İrina Qorlova meyitin hissələrini niyə Bülbülədən Azadlıq prospektinə gətirdiyini izah etməkdə çətinlik çəkib və paytaxtda tək bu ərazidəki zibilliyi tanıdığını deyib. Lakin sonradan məlum olub ki, Lyubov Rəhimova əvvəllər xeyli vaxt bu ərazidə yaşayıb və İrina izi itirmək üçün onun meyitini hissələri bölərək buraya gətirib.

Araşdırmalar davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 18-02-2018, 20:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma