
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşüb-görüşməyəcəyi barədə qərar qəbul etməlidir, lakin bunun üçün ona iki gün vaxt lazımdır.
Oxu.Az lenta.ru-ya istinadla xəbər verir ki, Ağ Evin rəhbəri Rusiya Federasiyasının prezidenti ilə görüşə dair hələ konkret fikri olmadığını vurğulayıb. O deyib: "Vaxtımı boş yerə itirmək istəməzdim".
Daha əvvəl Macarıstanda Tramp-Putin sammitinə hazırlıq işlərinin dayandırıldığı barədə iddialar yayılmışdı. "NBC News" jurnalisti Qarret Haak Ağ Evdəki mənbəyinə istinadla bildirmişdi ki, belə bir qərar ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra qəbul edilib. Söhbət məhsuldar sayılsa da, Tramp hesab edib ki, indiki mərhələdə tərəflər danışıqlara yetərincə hazır deyillər.
Paylaş: