Xəbər lenti

İyunun 17-də ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndinə ciddi ziyan dəyib.

Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Onun sözlərinə görə, həmin gün rayon ərazisində əsən güclü külək nəticəsində kənddə 20 evə ziyan dəyib: “20 evin damına qismən ziyan dəyib, 1 evin dam örtüyü isə tam sıradan çıxıb”.

R.Ağayev bildirib ki, hazırda rayonun elektrik təsərrüfatına vurulan ziyan aradan qaldırılır: “Aidiyyəti strukturların həyata keçirdikləri tədbirlər nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndi və bəzi yaşayış məntəqələri istisna olmaqla kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub, su təsərrüfatının bərpası istiqamətində işlər davam etdirilir. Zərərlə bağlı müraciət olunmuş mülki obyektlərə baxış keçirilir”.

Trend

 




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 20-06-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma