Xəbər lenti

Dövlət Sərhəd Xidməti (DSX) alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində ölkəmizə keçirənləri saxlayıb.

Strateq.az DSX-ya istinadən xəbər verir ki, sər­həd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçir­dikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə “Bəxtiyar” gəmi­sində yola düşən Türkmənistan vətəndaşları – 1982-ci il təvəl­lüdlü Bullarov Qurhanmuhannedə məxsus “Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beg­lienə məxsus “Toyota” markalı BG-5081-AG dövlət nömrə ni­şan­lı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirmək cəhdlərinin qarşısı alınıb:

“Belə ki, avtomobillərin salonlarında 1524 qutu “Pall Mall”, 490 qutu “Fine”, 800 qutu “Wont”, 10 qutu “Parlament” siqaretləri, 400 ədəd “Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik “Georgian ԝine”, 10 ədəd 0,5 litrlik “Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub”.

 




Ana səhifəyə qayıt        Baxış: 337          Tarix: 26-11-2018, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma