Xəbər lenti

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili iştirak etmədiyinə görə iclas oktyabrın 1-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə Quba raynunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. 




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 24-09-2019, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma