Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

G.Hüseynov ittiham aktının sürətini almadığını, istintaq dövründə təziq altında imza atdığını bildirib: "Məhkəmədən saxlanıldığım təcridxanaya göndərilən bildirişi ayın 18-də almışam".

Daha sonra G.Hüseynovun imzaladığı protokol elan edilib.

Məhkəmə təqsirləndirilən şəxsə ittiham aktının sürətini təqdim edib.

Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək.

İttiham aktına əsasən, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.




Ana səhifəyə qayıt        Baxış: 953          Tarix: 21-11-2017, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma