Xəbər lenti

 

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən verilən məlumatına görə, Böyük və Kiçik Qafqazdahava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.




Ana səhifəyə qayıt        Baxış: 358          Tarix: 13-12-2019, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma