Xəbər lenti

 

Yanvar ayının əvvəlindən 29-dək olan zaman kəsiyində fiziki durumunda narahatlıq keçirən 100-dən çox insan bizə müraciət edib. Onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diaqnozu təsdiqini tapıb. 

Oxu.Az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibəsində deyib. 

A.Maqsudov bildirib ki, bu şəxslər müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb. 

O qeyd edib ki, bir çox hallarda isə ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn edirlər. 

A.Maqsudovun sözlərinə görə, şöbəyə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir.  




Ana səhifəyə qayıt        Baxış: 358          Tarix: 30-01-2020, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma