Xəbər lenti

 

Bu həftə ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə beş nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib.  

Bunu Oxu.Az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, dərmandan zəhərlənənlərdən biri altı yaşlı uşaqdır:

“Hazırda uşağın vəziyyəti stabildir. Zəhərlənənlərdən üçü qadın, biri isə kişidir. Müraciət edənlərin hamısı Bakıdandır”.

Azər Maqsudov əlavə edib ki, mərkəzə gətirilən 40 yaşlı kişi sirkə turşusu içdiyi üçün vəziyyəti ağır olub:

“Xəstə turşu ilə sirkə suyunu səhv salaraq içib. Ona görə də vəziyyəti çox ağır idi”.




Ana səhifəyə qayıt        Baxış: 95          Tarix: 18-10-2019, 14:16      


Paylaş: