Xəbər lenti

 

Birləşmiş Millətlər Təşkilatını Ermənistan hökumətinə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Tərtərçayının üzərində içməli su, suvarma və ətraf mühitə ciddi təsirlər göstərəcək su anbarlarının tikintisinə son qoymaq üçün təzyiq etməyə çağırmaq məqsədi ilə petisiya başlanılıb.

Axar.az xəbər verir ki, petisiyanı azərbaycanlı xanım Aybəniz İsmayılova başladıb. O bildirib ki, Ermənistan çay boyunca yaşayan minlərlə insanın həyat mənbəsi olan su resurslarından sui-istifadə etməyə son qoymalıdır, nu insan hüquqlarının kobud pozuntusudur!

Qeyd edək ki, Aybəniz İsmayılova Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq əlaqələr şöbəsinin mudiridir.

Tərtərçayı 200 km uzunluğa malikdir və öz mənbəsini Azərbaycanın Kəlbəcər rayonununda götürür. Bu rayon Ermənistan Respublikası tərəfindən 2 aprel 1993-cü ildə işğal olunmuşdur və bu işğal Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi isə Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularına görə Ermənistanın məsuliyyət daşıması barəsində qərar qəbul etmişdir. Xatırladaq ki, Qarabağ erməniləri də bu məsələ ilə bağlı Ermənistan hökumətinə qarşı etiraz aksiyası keçirir.

Petisiyanı BU linkə daxil olaraq imzalamaq olar.

Səs verib, dəstək olaq!




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 31-01-2020, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma