Xəbər lenti

 

Şamaxıda törədilən qətlin təfərrüatı məlum olub. 

APA xəbər verir ki, “Yeddi Gümbəz” qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.

Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.

Orxan Şamaxıda idman müəllimi işləyir. Öldürülən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.




Ana səhifəyə qayıt        Baxış: 554          Tarix: 1-02-2020, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma