Xəbər lenti

 

Birləşmiş Ərəb Əmirliklərində “Barselona” klubunun formasını geyinənlərə və yanında gəzdirənlərə 15 il həbs cəzası veriləcək.

Axar.az xəbər verir ki, BƏƏ “Barselona”nın formasında Qətər Hava Yolları sözünün olmasını əsas gətirərək, formanı geyinənlərə 15 ilə qədər həbs cəzası verilə biləcəyini açıqlayıb.

İtaliyanın “Respublika” qəzeti isə “Barselona” formasının qadağan olunmasının Qətər ilə diplomatik münasibətlərini kəsən digər 10 ölkəyə də yayıla biləcəyini yazıb.

Bundan başqa, həbs cəzasının 110 min funt-sterlinqə çevrilməsi mümkünlüyü də iddia edilir.




Ana səhifəyə qayıt        Baxış: 1 051          Tarix: 10-06-2017, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma