Xəbər lenti

 

15 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs kobud şəkildə pozulub və düşmən qüvvələrinin snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur şəhid olub.

Məsələyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva münasibət bildirib.


 "Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribat onu göstərir ki, Ermənistan bu ilin yanvar ayında hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən əvvəl olduğu kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan sülh prosesinə davamlı şəkildə xələl gətirir və hətta onu pozmağa çalışır", - XİN sözçüsü  deyib.

Leyla Abdullayeva qeyd edib ki,  vəziyyətin gərginləşməsinə xidmət edən bu qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Allah şəhidimizə rəhmət eləsin. \\Modern.az




Ana səhifəyə qayıt        Baxış: 530          Tarix: 15-02-2020, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma