Xəbər lenti

 

Türkiyə Silahlı Qüvvələri Bəşşar Əsədə sadiq qüvvələrə məxsus döyüş təyyarəsini vurub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Uğurla davam edən “Bahar qalxanı” hərəkatı çərçivəsində rejimə aid bir "L-39" tipli hərbi təyyarəsi vurulub”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin son günlər Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində Əsəd rejiminə məxsus 2 "Su-24" qırıcısı vurulub.




Ana səhifəyə qayıt        Baxış: 1 595          Tarix: 3-03-2020, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma