Xəbər lenti


İyulun 16-sı saat 17:00-da Ermənistan silahlı bölmələri Tovuzun Vahidli kəndini artilleriya qurğularından atəşə tutub. 

Oxu.Az-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, mərmi zərbəsi nəticəsində kənd sakini Arif Məmmədovun şəxsi təsərrüfatına ziyan dəyib.
Mərmi ot tayasına düşüb və onu yandırıb. A.Məmmədov deyir ki, mərmi düşərkən ot tayasının yaxınlığında olub.

“Mərmi düşdü, tez yerə uzandım. Sanki mərmi məni yenidən qaldırıb yerə çırpdı. Ot tayası yandı. Məəttəl qaldım ki, niyə ölmədim. Allah məni saxladı”, - deyə o əlavə edib. 
A.Məmmədov bildirir ki, iki maşın ot tayası şəxsi təsərrüfatı üçün çox vacib idi. 
Onu da qeyd edək ki, hadisə zamanı A.Məmmədovun evinə də ziyan dəyib. 



Ana səhifəyə qayıt        Baxış: 3 363          Tarix: 16-07-2020, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma