“Skype” istifadəçiləri üçün yaranmış problem aradan qaldırılıb.
Bu barədə şirkətdən bildirilib. Vurğulanıb ki, bir müddət əvvəl yaranmış problme artıq aradal qaldırılıb. Artıq “Skype” istifadəçiləri rahatlıqla informasiya ala və ötürə bilərlər.
“Biz xidmətimizin yaxşılaşdırılması istiqamətində çalışırıq. Artıq şəbəkəyə siqnal tam dəqqi formada daxil olur və ötürülür. Bəzi istifadəçilərimiz var ki, hələ də müəyyən problemlərlə qarşılaşırlar. Biz bu istiqamətdə də bərpa işləri görürük”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, iyunun 20-nə keçən gecə “Skype” xidmətinin işində qlobal miqyasda problem yaranıb. İstifadəçilər öz səhifələrinə girişdə və məlumat mübadiləsində çətinliklə üzləşiblər. “Downdetector” saytı problemin bir neçə saat sonra aradan qaldırıldığını xəbər versə də, bu gün səhər istifadəçilər yenidən xidmətin işindən şikayətləniblər. Belə ki, sistem bəzi istifadəçiləri şəbəkədən atır və sonra şəbəkəyə daxil olmaq mümkün olmur. Bəzi istifadəçilər isə göndərdikləri mesajların qarşı tərəfə çatmadığını söyləyiblər.
Xatırladaq ki, “Skype” bu yaxınlarda loqosunu və dizaynını dəyişib. Bəziləri texniki qüsurları məhz bununla əlaqələndirir.
Ziya Səccad /Ölkə.Az/
Paylaş: