Xəbər lenti


“Bütün bu müddət ərzində Ermənistan rəhbərliyi əsir düşən ermənilərin erkən qaytarılması barədə heç narahat olmadı”. 

Bunu “Parlaq Ermənistan” partiyasından millət vəkili Srbyi Griqoryan 26 noyabrda “Hərbi vəziyyətin ləğvi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ermənistan Milli Məclisinin fövqəladə iclasında bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni deputat qələbə münasibətilə Bakıda keçiriləcək hərbi paradda guya erməni əsirlərindən hərbi qənimət kimi istifadə ediləcəyi ilə bağlı şayiələrdən danışıb: “Bizim əsir düşən həmvətənlərimizi öz hərbi paradlarında "trofey" kimi nümayiş etdirəcəklər. Parada qatılanlar isə onlara baxacaq. Onların qorunması üçün ayağa qalxacaq və onları belə aşağılanmadan qurtaracaq bir dövlətimiz varmı?”

Təbii ki, erməni deputat yalan danışır.  Yaxud da panik durumundan, ya da məkrli niyyətindən ictimaiyyəti qıcıqlandırmaq cəhdi göstərir. Eyni zamanda, burada Azərbaycan dövlətini şantaj etmək cəhdi də var. Təbii ki, Azərbaycan mütləq qələbə paradı keçirdəcək. Və burada mütləq Ermənistan ordusundan alınan qənimətlərdən istifadə ediləcək, onları qürurla nümayiş etdirəcəyik. Lakin hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycana, onun müzəffər ordusuna xas keyfiyyət deyil. Belə bir xüsusiyyət ermənilərə məxsusdir və bu səbəbdən də erməni deputat içindəki pisliyi dilə gətirir.


Ana səhifəyə qayıt        Baxış: 3 172          Tarix: 26-11-2020, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma