Xəbər lenti
“Azərbaycan əsgəri Vətənə doğru zəfər yürüşü edir, qarşısındakı düşmən əsgərləri isə onları əsirə çevirən erməni ideoloq və siyasətçilərinin zənciri ilə daşa bağlanıb”

Musavat.com xəbər verir ki, bu sözləri döyüşlərdə ilk erməni əsirləri ilə bağlı yayılan kadrları şərh edən millət vəkili Zahid Oruc 
söyləyib.



Millət vəkili zəncirlənmiş erməni əsgərinin böyük torpaq iddiaları ilə yaşayan bir millətin simvolik obrazı da sayıla biləcəyini qeyd edib: 

“Dünən Vətən torpaqlarımızın yüksəkliklərində erməni əsgərlərin xidmət keçdikləri yeraltı barakları və antiinsani şəraitdə olan tövləni görəndə uzun illər özünə əfsanə yaratmağa çalışan Ermənistan ordusunun ön cəbhədə necə acınacaqlı durumda olduğunu görmüşdük. İndi əsir düşən ermənilərin görkəmi və ayağından zəncirlənən Tiqran övladının mənzərəsi sübut edir ki, o torpaqlar özününkü olmayanda, ora sənin üçün cəza yerinə çevrilir. Zəncirlənmiş erməni böyük torpaq iddiaları ilə yaşayan bir millətin simvolik obrazı da sayıla bilər. Azərbaycan əsgəri Vətənə doğru zəfər yürüşü edir, qarşısındakı düşmən əsgərləri isə onları əsirə çevirən erməni ideoloq və siyasətçilərinin zənciri ilə daşa bağlanıb.

Əslində müzəffər Azərbaycan ordusu elə düşməni də xilas edir! Xankəndində, Şuşada, Xocalıda da qalib Ordumuz zəncirlənmiş əsir erməniləri İrəvan avantürüstlərinin əlindən alacaq!
İkiqat xilas yürüşünüz mübarək,əsgər!”



Ana səhifəyə qayıt        Baxış: 3 255          Tarix: 3-10-2020, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma