Xəbər lenti


İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb. Bu barədə "Report" "Mehr" agentliyinə istinadən xəbər verir.

"Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir", - deyə İran rəsmisi bilirib.

O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib.

Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq.



Ana səhifəyə qayıt        Baxış: 2 954          Tarix: 3-01-2021, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma