Xəbər lenti


ALGARVE INFORMATIVO, Portuqaliya
27.02.2021


Rejissor və prodüser Andre Badalo “Original Features” tərəfindən Azərbaycanda lentə alınmış 3 qısametrajlı bədii-sənədli filmə prodüserlik edib.

Filmlərin ssenari müəllifi və rejissoru Nadir Maçanovdur. Filmlər Xocalı soyqırımdan bəhs edir.

“Human Rights Watch” təşkilatının məlumatına görə, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-na keçən gecə keçmiş Sovet İttifaqı ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərində 200-1000 arasında dinc sakini qətlə yetirib. Qətliam qurbanları arasında 106 qadın və 63 uşaq da var.

Bu, Dağlıq Qarabağ münaqişəsində baş vermiş ən dəhşətli qətliamdır.

Yeni filmə gəlincə, bu, Andre Badalonun Nadir Maçanov ilə ilk işi deyil. Onlar bunadək “Bakı, mən səni sevirəm” bədii filmi üzərində də birgə çalışıblar. O zaman rejissor Asiya Arcento, Alessandro Bertoluççi və Eysan Ojim ilə birlikdə işləyib.
Hazırda Andre Badalo RTP üçün serial çəkilişi ilə də məşğuldur.

(Portuqal dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ALGARVE INFORMATIVO


Ana səhifəyə qayıt        Baxış: 3 470          Tarix: 27-02-2021, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma