Xəbər lenti
Bu gün, 13:27
Bu gün, 12:37
Bu gün, 10:13
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19
3-12-2025, 23:05
3-12-2025, 22:47
3-12-2025, 21:59

Dağlıq Qarabağda gedən döyüşlərdə “Aramo” adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan ağır yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ermənilərdən təşkil edilmiş “Aramo” adlı silahlı dəstə 1992-ci ildə Xocalıda dinc sakinlərin qəddarlıqla öldürülməsində iştirak edib.
Xocalı soyqırımı nəticəsində 63-ü yeniyetmə olmaqla 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib.
Həmçinin, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri “Arabo” və “Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər.
Onlar dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər.
azpolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























