
Xəbər lenti
Dünən, 16:10
Dünən, 14:30
Dünən, 13:57
Dünən, 12:34
Dünən, 09:30
19-08-2025, 23:12
19-08-2025, 22:57
19-08-2025, 21:36
19-08-2025, 20:32
19-08-2025, 19:33
19-08-2025, 19:01
19-08-2025, 16:47

"Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm".
Ovqat.com xəbər verir ki, bu sözləri bir müddət əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov KİV-lərdə özü barədə irəli sürülən iddiaları “çürütmək” üçün bildirmişdi.
Xatırladaq ki, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəblərin qanunsuz ov etməsi geniş müzakirələrə səbəb olmuş, qanunsuz ov ovlayan ərəblərin Kəmaləddin Heydərovun qonaqları olduğu iddia edilmişdi. Fövqəlnazir isə bu iddiaları yaxına buraxmır, Azərbaycanda ov ovlayan, quş quşlayan hər hansı ərəbi tanımadığını bildirmişdi.

Unikal.org-un bu gün yayımladığı fotolar isə iki ehtimaldan xəbər verir: ya Kəmaləddin müəllim fikirlərini media qurumlarına düzgün çatdıra bilməyib, ya da Dubayın kraliyyət ailəsi onun şəkillərini öz fotolarına calaq edərək (müasir terminologiyada buna montaj da deyirlər) "forslanmaq" istəyiblər.
Sayt xəbər verir ki, sözügedən ərəb turistlər Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var.
O, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Həmdanla bərabər onun şahzadə sayılan yaxın qohumları və dostları da Azərbaycana tez-tez təşrif buyurur.

Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər.
Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.
Şahzadələr Hacıqabul rayonuun Qarasu kəndi yaxınlığında olan ovalıqda olublar.
Rayon sakinlərinin verdiyi məlumata görə, ərəblər əsasən özlərinin xüsusi təlim keçmiş şahinləri ilə adı “Qırmızı kitab”da olan bəzgək quşu ovlayıblar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar