Xəbər lenti
 
 
Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Kəmaləddin Heydərovun xidməti maşını ciddi qəzaya uğrayıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı "XƏBƏR AZƏRBAYCAN" Telegram kanalı yayımlayıb.
 
İddiaya görə, qəza zamanı nazirin özü də maşında olub.


 
Qəzada iştirak edən digər maşının markası "Maseratti" imiş.
 
Deyilənə görə, mühafizəçiləri dərhal naziri başqa maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Kəmaləddin Heydərovun qəzaya düşən maşını sonradan alovlanıb.
 
Hadisənin sui-qəsd olma ehtimalı yüksəkdi və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
 
Kəmaləddin Heydərova yaxın dairələr irəli sürülən iddia barədə hər hansı məlumata malik olmadıqlarını bildirdilər.


Ana səhifəyə qayıt        Baxış: 3 357          Tarix: 20-05-2020, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma