Xəbər lenti
 
 
"Qarabağdakı status-kvo Rusiyanın maraqlarına uyğun olduğu müddətcə qorunub saxlanıldı. Vəziyyət dəyişəndə isə hər şey dəyişdi”. 
 
Ovqat.com erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada erməni əsilli vəkillərlə qapalı toplantısında belə deyib.
 
O fikrini belə davam etdirib:
 
“Bədəl ödəməli olduğumuz vaxt gələndə məlum oldu ki, ya bunu ödəmək istəmərik, ya da ödəyə bilmirik və ya iflas etdiyimiz üçün ödəməli bir şeyimiz yox idi. Bunu söyləmək bəlkə səhv ola bilər, amma düşünürəm ki, elə bir vəziyyətdəyik ki, həqiqətləri bir-birimizə söyləməyə dəyər”.
 
Qeyd edək ki, toplantı Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə sön görüşündən sonra keçirilmişdi.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 157          Tarix: 15-04-2021, 19:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma