Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
Moskovskiy komsomolets, Rusiya
08.07.2021
Müəllif: Lina Korsak
Cəmi yarım il əvvəl Dağlıq Qarabağa və ona bitişik, azad edilmiş Azərbaycan rayonlarının halına baxdıqda bu yerlərə nə vaxtsa dinc həyatın qayıdacağı haqda söhbətlər adama inandırıcı görünmürdü. Lakin Azərbaycan hökuməti əmin edir ki, işğaldan azad edilmiş ərazilərin abadlaşdırılması çox sürətlə gedir və artıq yaxın gələcəkdə köçkünlər doğma torpaqlarına qayıda biləcəklər.
Rusiyadan və başqa ölkələrdən olan jurnalistlər Zəngilan rayonunun tikilməkdə olan Ağalı qəsəbəsinə səfər ediblər KİV nümayəndələrinin səfərini Azərbaycan Prezidentinin Administrasiyası təşkil etmişdi.
Zəngilan rayonu 25 ildən artıq tanınmamış “Dağlıq Qarabağ Respublikası” qoşunlarının əlində olub. O, ötən ilin payızında edilib. İndi köçkünləri bu torpaqlara qaytarmaq lazımdır.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Əkbər Abbasovun jurnalistlərə verdiyi məlumata görə, “Ağıllı kənd” layihəsini 2022-ci ili aprel ayınadək başa çatdırmaq planlaşdırılır. Prezident İlham Əliyev layihənin icrasına məhz bu qədər vaxt ayırıb. “Dağlıq Qarabağın ərazisində “smart kənd”lərin salınması layihəsi beş komponentdən ibarətdir: “ağıllı” evlər, sosial obyektlər, aqrar funksiyalar, istehsalat və ekologiya. Yeni qəsəbələrdə gündəlik həyatı təmin etmək üçün günəş və külək enerjisindən, həmçinin su elektrik stansiyalarından istifadə olunacaq. Müvafiq dövlət proqramına görə, 2030-cu ilədək “yaşıl” alternativ enerji ölkənin əsas prioritetinə çevrilməlidir”, - deyə Abbasov bildirib.
Müasir Ağalı qəsəbəsi birinci Qarabağ müharibəsi zamanı dağıdılmış Ağalı-1, Ağalı-2 və Ağalı-3 kəndlərinin yerində salınır. Burada 200 “smart ev”in tikilməsi nəzərdə tutulub. Onların gələcək sakinlərinin istəkləri də nəzərə alınıb – evlər bir və ya iki mərtəbədən artıq olmayacaq.
Yeni evlər məcburi köçkünlərə tamamilə pulsuz veriləcək. Bu “oazis”də yaşamaq istəyini bildirmiş insanlar həyatlarını özləri quracaqlar. Qəsbədə bütün lazımi infrastruktur, məktəb və uşaq bağçası olacaq. Burada həmçinin ət və süd məhsulları istehsal edən müəssisənin yaradılması planlaşdırılır.
Bakıda hesab edirlər ki, bu ərazinin Naxçıvana aparacaq dəmir yoluna yaxınlığı bölgənin turizm istiqaməti kimi də inkişafı baxımından böyük üstünlük olacaq.
(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Moskovskiy komsomolets
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar