Xəbər lenti
Dünən, 19:25


Ermənistanın Sünik vilayətinin qubernatoru Melikset Poqosyanın oğlu Karen Poqosyan yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qubernatorun oğlu bu ilin iyul ayının 14-də, Gorusda baş verən atışmaya görə məsuliyyətə cəlb oluna bilər.

Qaldırılan cinayət işi çərçivəsində Karen Poqosyan öldürmək niyyəti ilə sui-qəsd təşkil olunması və qanunsuz silah saxlanması maddələri ilə suçlanacaq.

Artıq onunla bağlı qaldığı bölgədən çıxmamaq haqqında həbs qətimkan tədbiri seçilib.

Ermənistan mətbuatının xəbərinə görə, həmin gün Sünikin hazırkı və keçmiş qubernatorlarının oğulları Karen Poqosyan və Surik Xaçatryan bir-birlərinə atəş açıblar. Nəticədə iki vətəndaş yaralanıb.



Ana səhifəyə qayıt        Baxış: 3 733          Tarix: 22-07-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma