Xəbər lenti

 

Mən bunun günahını yalnız televiziyalarda görürəm”.

Oqat.com xəbər verir ki, bu sözləri xalq artisti Amaliya Pənahova efirlərdə tarixi verilişlərin azlığı haqda “Elin gözü” verilişində danışarkən deyib:

“Bu gün gənclər arasında sorğu aparsaq görərik ki, bizim böyük sənətkarlarımızı, sərkərdələrimizi, şəhidlərimizi tanımırlar. Adlarını çəkə bilmirlər. Bunu heç nəyə yozmaq olmur. Mən bunun günahını yalnız televiziyalarda görürəm. Gərək efirlərdə tariximizdən bəhs edən verilişlər olsun. Onları məcbur etməliyik ki, bu tip verilişlərə baxsınlar. Bir dəfə, iki dəfə baxanda darıxacaqlar, amma üçüncü dəfə artıq özləri baxmaq istəyəcəklər. Amma gərək o verilişləri maraqlı səviyyədə göstərək ki, gənclər onu həzm edə bilsinlər”. /Metbuat.az/

Dilarə Zamanova




Ana səhifəyə qayıt        Baxış: 1 015          Tarix: 1-07-2017, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma