Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun işi üzrə növbəti proses başlayıb. 

Prosesdə çıxış edən müdafiə tərəfi Eldar Həsənovun səhhətinin pis olduğunu və məhkəmənin təxirə salınmasını istəsə də, hakim Əfqan Hacıyev bununla razılaşmayıb.

Prosesin ilk dəqiqələrindəcə Eldar Həsənov huşunu itirib. Təcili Tibbi Yardım Xidmətinin həkimləri məhkəmənin dəhlizində Eldar Həsənova süni oksigen verərək, sistem köçürüb.

Foyedə xərəkdə uzadılan Eldar Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm” deyə üzrxahlıq edib. (gununsesi.info)



Ana səhifəyə qayıt        Baxış: 3 115          Tarix: 17-09-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma