Qusar rayonunda qətl hadisəsi baş verib.
Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, rayonun Xural kəndində keçirilən toy məclisində aralarında yaranan mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.