Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Naxçıvan MR-də bir qrup polis əməkdaşı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə kollektiv müraciət ünvanlamağa hazırlaşır.
Şərti olaraq “Qara Pişik” adlandırdığımız qaynağımız Ovqat.com-a açıqlamasında belə deyib.
Maraqlıdır ki, polis əməkdaşları öz müraciətlərində faktiki “gedər-gəlməz” məzuniyyətinə göndərilən nazir, polis general-leytenantı Fazil Ələkbərovun yenidən işinə bərpa olunmasını xahiş etməyi planlaşdırırlar. Sual oluna bilər: niyə? Axı Fazil Ələkbərov da öz xüsusi qabiliyyəti ilə deyil, Vasif Talıbovla qohumluq əlaqələrini genişləndirdikdən sonra birdən-birə sıçrayış edərək serjantlıqdan generallıq rütbəsinə yüksələ bilib. Naxçıvan Daxili İşlər naziri işlədiyi 4 il müddətində heç də yüksək peşəkarlıq nümunəsi ortaya qoymayıb. Elədirsə, nədən Naxçıvan polisləri arasında belə bir adamın populyarlığı getdikcə artır?
“Xan”ın “Seyid Əhməd əli”
“Qara Pişiy”in bu suala çox maraqlı izahı oldu. Onun fikrincə, əvvəla, Naxçıvan MR-də polis özbaşınalığının səbəbi Daxili İşlər nazirlərinin şəxsi keyfiyyətlərindən az asılıdır. İstər Fazil Ələkbərov, istərsə də onun sələfləri Əhməd Əhmədov və digərləri sadəcə əmr qulu olublar. Onlar “Xan” sarayından gələn direktivləri icra ediblər. Bir növ, “Xan”ın ilan tutan “Seyid Əhməd əli” funksiyasını yerinə yetirən bu kadrlar istəsəydilər belə, direktivlərdən kənara çıxa bilməzdilər. Odur ki, Naxçıvan MR DİN-də baş verən qanunsuzluqların bir nömrəli səbəbkarı “Seyid Əhmədin əlləri” yox, bu diyarı öz keyfinə görə idarə edən “Xan” sarayıdır.
İkincisi, Fazil Əhmədov savad baxımından sələflərindən və xələflərindən çox da fərqlənməsə belə, onlardan daha insaflı idi. “Xan” həzrətləri ilə qohum olduğundan daha kəskin repressiv üsullara əl ataraq özünü gözə soxmaqla əlavə rəğbət qazanmağa ehtiyac duymurdu. Ən əsası isə, iş karyerasına ən aşağı vəzifədən başladığından sıravi polislərin vəziyyətini başa düşür, onları əlavə müavinətlərlə təmin edirdi. İndiki nazir əvəzi Rəşad İsmayılov isə ilk fəaliyyətə müavinətləri kəsməklə və təcrübəli kadrları işdən uzaqlaşdırmaqla başladı. İşdən çıxarılan və ya fəaliyyət sahələri dəyişdirilən binəva polislərin ən böyük günahı isə vaxtilə nazirə salam vermələri, öz xidmətləri sayəsində yüksəlmələri kimi adi prosedur qaydalarıdır.
“Naxçıvan MR-in daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun əlini zəiflətmək üçün DİN-ə müavin vəzifəsinə gətirilmiş Rəşad İsmayılov F.Ələkbərovun təyin etdiyi zabitləri “dənləməyə” başladı. Bunlardan bəziləri xidmətdən xaric edildi, bəziləri sərəncama götürüldü, bir qismi təqaüdə göndərildi, yerdə qalan hissənin isə xidməti iş yeri dəyişdirildi. Naxçıvan MR DİN-dəki asi polisləri üsyan bayrağı qaldırmağa vadar edən əsas problem də məhz bununla bağlıdır”, - “Qara Pişik” bu qənaətdədir.
Fazilin “fəzaləti”
Mənbəmiz Naxçıvan polislərinin hazırda yaşadıqları acınacaqlı vəziyyəti “Kəlilə və Dimnə” əsərindəki məşhur aforizmlə xarakterizə etdi: “Cəhənnəmdə adama elə dəhşətli mənzərələr göstərirlər ki, onlar qaçıb əjdahanın quyruğunun altına sığınırlar. Hazırda Naxçıvan polisləri də nazir əvəzi Rəşad İsmayılovun sayəsində məhz bu psixoloji durumu yaşayırlar” (Bərəkallah, “Qara Pişik”, pişik deyil ey, əməlli-başlı filosofdur).
“Qara Pişik” legitim nazir Fazil Ələkbərovun digər müsbət keyfiyyətlərindən də danışdı:
“Fazil Ələkbərovun mənfi tərəfləri olsa da, müsbət keyfiyyətləri də az deyildi. Fazil Ələkbərov Naxçıvan DİN-də işə qəbul prosesində “pul vermək” söhbətini tamamilə yığışdırmışdı. Xidmətə qəbul olunan əməkdaşlar şəffaflıq prinsipləri əsasında işə götürülürdü. F.Ələkbərov savada, biliyə və xidməti qabiliyyətə üstünlük verirdi. Təbii ki, Azərbaycan reallığına uyğun olaraq onun dövründə də Naxçıvan DİN-də “tapşırılma” prinspinə uyğun olaraq irəli çəkilənlər olurdu. Amma bu cür “daydayı”lı əməkdaşların sayı çox deyildi. Məsələn, F.Ələkbərovun dövründə 10 kadr qabağa çəkilirdisə, onun 1-i tapşırılan olurdu. Digər 9-u isə öz zəhməti hesabına yüksəlirdi”.
“Daydayılı” və “yetim-yesir” polislər
“Qara Pişiy”in iddiasına görə, Rəşad İsmayılov nazir səlahiyyətlərini ələ alandan sonra mərkəzdən uzaqlaşdırılanlar da məhz öz alın təri ilə bu mərtəbəyə yüksələnlərdir. Bu da səbəbsiz deyil: “Çünki “daydayılı” polislərə toxunmaq nəinki Rəşad İsmayılovun, hətta “Xan” sarayının ən güclü əyanlarının da bacaracağı iş deyil. Yerdə qalan yetim-yesir sinifinə mənsub polis əməkdaşlarına isə “Fazil Ələkbərovun kadrları” damğası vurulub Naxçıvanın ucqar nöqtələrinə və ya daha aşağı vəzifəyə təyin edildilər. Rəşad İsmayılov bu addımı “qəsdi-qərəzlik” prinsipi əsasında atdı”.
Qısası, “Qara Pişiy”in dediklərindən belə anlaşılır ki, Naxçıvan MR DİN-də hazırda iki zümrə var: “daydayılı” polislər və yetim-yesirlər. “Daydayılı” polislər o mərtəbəyə reaktiv sürətlə, yetim-yesirlər isə xidməti fəaliyyətləri sayəsində yüksələ biliblər: “Doğrusu, Naxçıvan DİN-dəki bugünkü vəziyyət mənə Türkiyənin tanınmış yazarlarından olan Cənab Şəhadətinin məşhur sözlərini xatırladır: “Uca zirvələrdə həm qartallara, həm də ilanlara rast gəlmək olar. Qartallar bu zirvəyə uçaraq, ilanlar isə sürünərək çıxa biliblər”. Dərd burasındadır ki, zirvəyə yüksəlmək üçün xidməti fəaliyyətdə dəridən qabıqdan çıxan həmin yetim-yesirlər indi “qartal”lara yem edilir (Gəl də, “Qara Pişiy”in ağlına-kamalına heyrətlənmə - Ovqat.com).
Vasif Talıbovu kimlər aldadır?
Sözsüz ki, yeni nazir əvəzi bu addımı öz başına ata bilməz. O bunun üçün kirvəsi “Naxçıvan Gestaposu” ünvanlı Cəlil Rüstəmov ilə məsləhətləşir və yəqin ki, bu iki şəxs əlbir olub cənab Vasif Talıbovu rahatlıqla aldatmağı bacarırlar”.
Naxçıvan “Gestapo”sunun Elektron Məhkəmə sistemi də var
Rəşad İsmayılovun məntiqsiz addımı nəticəsində bu gün Naxçıvan DİN-in gənc, bacarıqlı və düşünən beyinlərinin məhv olduğunu bildirən “Qara Pişik”in fikrincə, xidməti iş yerləri qərəzliliklə dəyişdirilən zabitlər qarşılaşdıqları özbaşınalıqlara son qoyulması üçün dəfələrlə Naxçıvan MR- DİN-in Kadrlar Şöbəsinə və şəxsən Rəşad İsmayılova müraciət ediblər, amma onların müraciətinə hələ də əhəmiyyət verilmir: “Həmin əməkdaşlar hesab edirlər ki, Rəşad İsmayılov onları “qaralayıb”. Bunun üçünsə 2021-ci ilin sentyabr ayından bu günədək xidməti iş yerləri saxtakarlıqla, qərəzliliklə və qeyri-obyektiv şəkildə dəyişdirilən bir qrup əməkdaş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kollektiv müraciət ünvanlayacaqlar. Həmin əməkdaşlar ümid edirlər ki, Cənab Prezident bu məsələyə obyektiv qiymət verəcək”.
Rəşad İsmayılov öz torbasını necə tikir?
“Qara Pişik” Naxçıvan polislərinin Prezidentə məktub ünvanlamağa hazırlaşdığı bir zamanda Rəşad İsmayılovun da boş dayanmadığını bildirir. Onun dediyinə görə, Rəşad İsmayılov 2017-2021-ci illər ərzində xidmətdən xaric olunan əməkdaşları şəxsən qəbul edib və onlardan Fazil Ələkbərov əleyhinə izahatlar alır. Lakin bu mənasız addımlarla Cənab İsmayılovun nəyəsə nail olacağına inanmıram. Əksinə o, bacarlıqlı kadrları məhv etməyə çalışmaqla belə getsə, öz torbasını tikəcək”.
Ovqat.com da öz növbəsində bəyan edir ki, həqiqətlərin bərqərar olması naminə Naxçıvan polislərinin Prezident İlham Əliyevə göndərəcəyi məktubla yanaşı, yeni nazir əvəzi Rəşad İsmayılovun mövqeyini də işıqlandırmağa hazırdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar