Xəbər lenti

 
Naxçıvan Daxili işlər orqanlarında yeni təyinat olub.
 
Ovqat.com-a Şahbuz Rayon Polis Şöbəsindəki adının açıqlanmasını istəməyən əməkdaşının verdiyi məlumata görə, polis kapitanı Səfərov Zahir Nəriman oğlu bu şöbənin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
 
Polis kapitanı yeni vəzifəsinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini (Hazırda Fazil Ələkbərov vəzifəsindən uzaqlaşdırıldığı üçün onun səlahiyyətlərini icra edir) polis polkovniki Rəşad İsmayılovun əmri ilə gətirilib. 
 
Zahir Səfərov bu təyinata qədər Şahbuz RPŞ-in Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı.
 
Xatırladaq ki, Şahbuz rayonunun indiki polis rəisi də vəzifəsində, necə deyərlər “çiçəyi burnunda” birisidir. Noyabrın ilk günləri hələ də rəsmən nazir vəzifəsini yerinə yetirən Fazil Ələkbərov “gedər-gəlməz” məzuniyyətinə göndərilən kimi, aranı xəlvət görən Rəşad İsmayılov Bahadur adlı polis mayorunu Şahbuza rəis təyin etmişdi. Bahadur da nə Bahadur ola, adı üstündə, qolunun gücünə arxayın cəngavərlərdən qətiyyən geri qalmır. Məhz bu keyfiyyətinə görə ona el arasında sabiq DİN naziri Əhməd Əhmədovun qardaşı “Fazilin şilləvuranı” da deyirlər. Yeni təyin olunan Səfərov Zahir də rəisi xasiyyətdədirsə, vay Şahbuzluların halına.


Ana səhifəyə qayıt        Baxış: 6 532          Tarix: 13-12-2021, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma