Xəbər lenti

 

Xurma

Bol miqdarda kalium, maqnezium və dəmir ehtiva edən xurma, sanki bir mineral mənvəyidir. İdman edənlərin sərf etdikləri enerjini sürətli bir şəkildə yenidən verir. 3 ədəd xurma, susuzluğu aradan qaldırır.

Qara üzüm

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, antioksidant xüsusiyyəti ilə çox qüvvətli olan və yay aylarında asanca əldə edilən 2 yemək qaşığı qara üzüm də susuzluğu aradan qaldıran qidaların əvvəlində gəlir.

Yemiş və qarpız

Yay meyvələrindən olan yemiş və qarpız da soyuq olaraq istehlak edildikdə uzun müddət su ehtiyacını əvəz edir.

Ev istehsalı qatıq

Evdə hazırlanan mayalanmış duzsuz qatıq da susuzluğu ortadan qaldıraraq yayın isti günlərində susuzluğun qarşısını alır. 1 kasa yemək kifayətdir.

Xiyar

Tərkibinin böyük bir hissəsini su təşkil edən xiyar, susuzluğun qarşısını alan tərəvəzlərin ən əvvəlində gəlir.

Kahı

Bir kasa kahı salatı yemək susuz qalmağın qarşısını alır.




Ana səhifəyə qayıt        Baxış: 1 062          Tarix: 8-07-2017, 22:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma