Xəbər lenti

 
Azərbaycan mediası öz texniki imkansızlıqlarını xarici mətbuatdan çevirdiyi xəbərlərlə kompensasiya etməyə çalışır. Bunu hardasa başa düşmək və media orqanlarını qınamaq ədaləsizlik olar. 
 
Fəqət dərd burasındadır ki, əksər media qurumlarımız imkansızlıqlarından qaynaqlanan bu vəziyyəti də düzgün idarə edə bilmirlər. Bir çox hallarda jurnalistlərimizin istinad etdiyi tərcümə proqramları mətni düzgün çevirmir və bölgəmizdə yaşanan hər hansı bir hadisə oxucularımıza tamamilə yanlış tərzdə çatdırılır. 
 
Üstəlik bu xətalara təkcə “yetim-yesir” vəziyyətdə fəaliyyət göstərmək məcburiyyətində qalan media orqanlarında da rastlanılmır. Müxtəlif yollarla maddi cəhətdən dəstəklənən saytlar da öz səriştəsizliklərində və yanlışlarında “yetim-yesir” media qurumlarından da geri qalmırlar.
 
Ovqat.com-un məlumatına görə, bu həqiqəti Senzor.az saytı ortaya çıxarıb. 
 
Ən pisi isə odur ki, tərcümələrdə yol verilən xətalar dövlətlərarası sazişlərdə və razılaşmalarda da özünü büruzə verir. Bu da nəticə etibarilə təkcə sıravi oxucu kütləsini deyil, həm bugünkü, həm də gələcəkdəki ekspertləri və tədqiqatçıları yanılda bilər.
 
Əlavə şərhə ehtiyac duymadan Senzor.az-ın Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında dünən Moskvada keçirilən görüşləri barədə təsbitlərini təqdim edir və sadəcə onu deməklə kifayətlənirik ki, bu görüş Azərbaycanı birbaşa maraqlandıran tədbirlərdən idi.
 
“Senzor”un məlum təsbitlərini bu linkdən oxuya bilərsiniz.

Putin-Paşinyan görüşündə əldə olunan bir neçə mühüm razılıq və... AZƏRBAYCANDAKI BƏZİ SAYTLARIN CİDDİ SİYASİ TƏRCÜMƏ SƏHVİ

Ovqat.com
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 484          Tarix: 20-04-2022, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma