
Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində təxminən 350 milyard dollar dəyərində mühüm mineral ehtiyatlar var. Mineral ehtiyatlara dair bəzi məlumatlar köhnəldiyi üçün hesablamalar davam edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.
"Başa düşürük ki, bunlar, təəssüf ki, işğalçının əlində olan resurslardır. Aviasiya, müdafiə və tibb sənayesi üçün istifadə edilən titan da bu mübarizədə bizə qarşı istifadə olunacaq", - o bildirib.
Ukraynalı nazir qeyd edib ki, kritik materiallardan danışırıqsa, Ukraynada əslində titan, litium, uran və nadir torpaq metallarının ehtiyatları var:
"Bizim vəzifəmiz təkcə xammalı ixrac etmək deyil, yataqların emalı və işlənməsinə investisiya cəlb etməkdir. Qarşımızda böyük vəzifə durur - geoloji məlumatları yeniləmək və təbii ki, emal sənayesinə investorları cəlb etmək".
Paylaş: