Xəbər lenti

"Bu gün Almaniya və Donald Trampın liderliyindəki ABŞ üçün böyük bir gündür".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Almaniyada Xristian Demokratik və Xristian Sosial İttifaqlarının (CDU/CSU) seçkidə qələbə qazanması ilə bağlı danışarkən qeyd edib.

D.Tramp həmçinin qeyd edib ki, ABŞ kimi Almaniya xalqının da uzun illər hökm sürən enerji və miqrasiya mövzularındakı sağlam düşüncədən məhrum olan gündəmdən bezdiyini vurğulayıb.

"Hər kəsi təbrik edirəm!" - deyə ABŞ lideri qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 45          Tarix: Bu gün, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma