Dünyanın bir sıra ölkələrində 2017-ci ilin yayı anomal təbiət hadisələri ilə yadda qalacaq. Belə hadisələrdən biri bu günlərdə Qazaxıstanda baş verib.
Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, ölkənin Qərbi Qazaxıstan vilayətinə qar yağıb. İyul ayının ortası üçün bu həddən artıq gözlənilməzdir.
Yerli sakinlərin sözlərinə görə, axşam vaxtı güclü dolu yağıb. Səhərə yaxın isə onlar bu cür mənzərə ilə qarşılaşıblar.