Xəbər lenti

İsveç polisi Türkiyə səfirliyi önündə Qurani-Kərimin yandırılmasına göz yumdu. Onlara reaksiya verməmək qəbuledilməzdir. Mütləq cavab tədbiri görülməli idi.

Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Məsələni İsveçin müdafiə naziri Pol Consonla müzakirə etdik. Cənab Ərdoğana, Türkiyə dövlətinə qarşı bu çirkin və iyrənc əməllərin sonunda heç bir tədbir görülmədiyinin şahidi olduq. Baş verənlər fonunda P.Consonun yanvarın 27-də Türkiyəyə planlaşdırılan səfərinin heç bir mənası da qalmadı. Ona görə də səfəri ləğv etdik”, - Akar bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 454          Tarix: 21-01-2023, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma