![](/templates/Wmediat51/images/vetendash.jpg)
Ukraynada gedən müharibə qlobal silah ticarətini sürətləndirib.
Modern.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzetində dərc olunan məqalədə bildirilir.
Məqalədə ötən həftə BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində keçirilən IDEX silah sərgisində bəhs edilir. Sərgi 65 ölkədən 1350 şirkət, 350 nümayəndə heyəti və 130 000-ə yaxın iştirakçını bir araya toplayıb.
Ukraynaya sursat, raketlər və tanklarla hərbi yardım edən Avropa ölkələri öz silah ehtiyatlarını qorumaq üçün hərbi xərclərini artırır. Almaniya hökuməti müdafiə üçün 100 milyard dollar ayıracağını vəd edib. Asiyada yerləşən Yaponiya və Cənubi Koreya Çin təhlükəsinə qarşı 2022-ci ildə hərbi xərclərini 7% artırıb. Birjalarda silah şirkətlərinin səhmlərinin qiyməti dəfələrlə artıb.
Müəllif yazır ki, yalnız Rusiya və Ukrayna deyil, bütün dünya ölkələrində silaha olan tələbat artıb, çünki dövlətlər mümkün toqquşmalara hazırlaşır.
Paylaş: