Xəbər lenti

Ötən sutka ərzində Rusiya ordusu İran istehsalı olan 26 ədəd “Shahed-136” tipli kamikadze-dronu buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri bu dronlardan 21-ni məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hesabatından məlum olub.

Bildirilir ki, Rusiya ordusu bundan başqa 3 raket və 57 hava zərbəsi endirib.

“Mülki əhali arasında ölən və yaralananlar var, fərdi evlər və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Ukraynanın hər yerində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır”, - deyə hesabatda vurğulanır.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 087          Tarix: 20-04-2023, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma