Xəbər lenti
Dünən, 19:25

 

“Euronews” kanalının “Postcard” layihəsinin növbəti buraxılışında Azərbaycan mətbəxindən söhbət açılıb.

“Qafqazinfo” xəbər verir ki, verilişdə halvanın hazırlanması barədə məlumat verilib.

Məlumat verilib ki, Azərbaycanın bütün bölgələrində məşhur olan halva qədim zamanlarda Mesopotamiyada da hazırlanıb.

Hər bölgədə fərqli hazırlanan halvanın Şəkidə hazırlanan növünün də çox ləzzətli olduğu qeyd edilib.

Qeyd edək ki, halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir.

Reportajı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 25-07-2017, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma