Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Rusiya iqtisadiyyatını çökdürməklə müharibəni bitirə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Teleqragh” nəşri yazıb.

Qeyd olunub ki, Ağ Evin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadiyyatını çökdürə, nəticədə isə o, müharibədə geri çəkilə bilər.

Bildirilib ki, Qərb Rusiyanın neft və qaz idxalından əldə etdiyi gəlirləri azaltmaq üçün səylərini ikiqat artırmaqla onun döyüş maşınını dayandıra bilər: “Rusiya iqtisadiyyatının enerji və maliyyə kimi əsas sektorlarına qarşı sanksiyaların sərtləşdirilməsi bu dövlətin aqressiv siyasətinə yenidən baxmasını zərurətə çevirə bilər”.

Xatırladaq ki, Tramp daha əvvəl neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 801          Tarix: 25-01-2025, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma