Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrənin Sürix şəhərində erməni diasporu ilə görüşündə "erməni 'soyqırımı'" mövzusuna toxunaraq tarixi suallar qaldırıb.
"Biz erməni "soyqırımı" tarixinə yenidən qayıtmalıyıq. Baş verənlərin səbəblərini və necə baş verdiyini anlamalıyıq. Bu məsələni necə qəbul etdik, kimlərin vasitəsilə baş verdi? Necə oldu ki, 1939-cu ildə bu mövzu gündəmdə deyildi, amma artıq 1950-ci ildə gündəmə gəldi?" – deyə baş nazir bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan daha əvvəl bəyan etmişdi ki, bu məsələ Sovet İttifaqı dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO üzvü olub.
2024-cü ildə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan isə bildirib ki, erməni "soyqırımının" beynəlxalq səviyyədə tanınması İrəvanın xarici siyasətində prioritet deyil.
Ermənilər və onların başında duranlar bu qondarma hadisənin heç də soyqırım olmadığını yaxşı başa düşürdülər. Sadəcə indi bunu dillərinə gətirir, illərdir yalan və oyun oynadıqlarını etiraf etməyə başlayıblar.
Musavat.com
Paylaş: