Xəbər lenti

"Meşə yanğınlarından sonra Los-Ancelesə sanki "bomba düşüb".

Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kaliforniyada təbii fəlakət bölgəsinə səfəri zamanı deyib.

D.Tramp şəhərin yanğından zərərçəkmiş ərazilərinə baş çəkib və yerli rəsmilərlə görüşüb.

Birləşmiş Ştatların lideri vurğulayıb ki, federal hökumət yanğınlarla mübarizədə yerli administrasiyaya tam dəstək verir.

D.Tramp ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) fəaliyyətinə də toxunub və agentliyin yanğınlara qarşı mübarizəsini tənqid edib:

"FEMA-nın fəaliyyəti faciəli oldu. Mən düşünürəm və biz tövsiyə edirik ki, FEMA ləğv edilsin".

D.Tramp agentliyin bürokratik quruma çevrildiyini və ləng işlədiyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 809          Tarix: 25-01-2025, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma