Xəbər lenti
 
“Titanik”ə minmək yüz il əvvəl olduğu kimi, yenə də dəbdəbəlidir. Amerikanın “OceanGate” kompaniyası gələn il məşhur laynerin qalıqları olan əraziyə sualtı tur təşkil etməyə hazırlaşır. Biletin qiyməti 105 min dollardır.
Ovqat.com Euronews telekanalına istinadla xəbər verir ki, təşkilatçılar ekspedisiyanın son illər ərzində bu qəbildən ilk səyahət olacağına ümid edirlər: insan daşıyan batiskaflar “Titanik”in yanına son dəfə 2005-ci ildə, avtomatik batiskaflar isə 2012-ci ildə eniblər. Bununla yanaşı tur yalnız turistik deyil, elmi məqsəd daşıyır: kompaniya əsasən gəminin qalıqlarını skaner etmək və laynerin dəqiq üçölçülü modelini hazırlamaq istəyir.
Artıq “OceanGate” kompaniyasının rəqibləri də mövcuddur. Gələn il ABŞ və Böyük Britaniyadan olan azı iki kompaniya məşhur gəmiyə turlar təşkil etmək niyyətindədir.



Ana səhifəyə qayıt        Baxış: 675          Tarix: 14-04-2017, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma