Xəbər lenti

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu ilə birgə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində olub.

Oxu.Az xəbər verir ki, məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" səhifəsində dərc edilib.

Belə ki, iki qardaş ölkənin ordu rəhbərliyinin nümayəndələri Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddəki postlarından birində olublar.

S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə qardaş dövlətin ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə hərbçilərinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 672          Tarix: 25-01-2025, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma