Xəbər lenti

İndiyədək Laçın şəhərinə 133 ailə, yəni 503 nəfər qayıdıb və daimi məskunlaşması təmin edilib.

Bu barədə Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

İyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb.




Ana səhifəyə qayıt        Baxış: 2 336          Tarix: 22-07-2023, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma