Xəbər lenti

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.





Ana səhifəyə qayıt        Baxış: 3 844          Tarix: 24-09-2023, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma