Xəbər lenti

Qarabağda sentyabrın 19-20-də keçirilmiş lokal antiterror əməliyyatlarında həlak olan hərbçilərimizin siyahısı yenilənib.

Oxu.Az xəbər verir ki, siyahıda artıq 191 nəfərin adı yer alır.

Sentyabrın 27-də dərc olunan siyahıda 180, bir gün sonra yenilənən siyahıda isə 186 hərbçinin adı vardı.

Qeyd edək ki, şəhid olmuş hərbçilərdən 191 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan bir nəfər də mülki şəxsdir.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və bir mülki şəxs yaralanıb.

Şəhidlərimizin adlı siyahısına aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

https://mod.gov.az//images/pdf/b19adf559d4d4616b42e4d69b169166e.pdf




Ana səhifəyə qayıt        Baxış: 4 673          Tarix: 3-10-2023, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma