İsrail ərazisində 1500 nəfərə yaxın HƏMAS döyüşçüsünün meyiti tapılıb.
APA “Associated Press“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hek bildirib.
Onun sözlərinə görə, İsrail hərbçiləri genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində ölkənin cənubuna nəzarəti bərpa etdikdən sonra İsrail ərazisində HƏMAS döyüşçülərinin xeyli sayda meyiti tapılıb. Ordu Qəzza zolağı ilə sərhəddə yerləşən ərazilərə nəzarəti, demək olar ki, tamamilə bərpa edib.
Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS yaraqlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.
Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.
Paylaş: